Əlaqə Arxiv
news Image
2018.05.01
10:21
| A A A
Bakıda daha bir yol bağlanır

Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Xətai rayonu Yusif Səfərov küçəsinin, Neftçilər prospekti ilə kəsişməsindən Heydər Əliyev prospektinə doğru olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün adıçəkilən ünvanda axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.
Bu barədə Movqe.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. “Sürücülər alternativ olaraq Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq”, - deyə məlumatda bildirilir.

 

Sizin Reklam Yeriniz