Əlaqə Arxiv
news Image
2018.05.01
12:37
| A A A
Ağcabədidə taekvondo üzrə beynəlxalq turnir keçiriləcək

Mayın 11-də Ağcabədi Olimpiya İdman Kompleksində Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin və “Aran” taekvondo klubunun təşkilatçılığı və dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən taekvondo üzrə uşaq, yeniyetmə və gənclər arasında beynəlxalq turnirə start veriləcək.

Movqe.az xəbər verir ki, yarışın təşkilində məqsəd ölkədə taekvondonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsini və ustalığını artırmaqdır.

Müxtəlif çəki dərəcələrində keçiriləcək yarışda 2001-2003-cü il təvəllüdlü gənc idmançılar, 2004-2006-cı il təvəllüdlü yeniyetmələr və 2007-2008-ci il və 2009-2010-cu il təvəllüdlü uşaqlar mübarizə aparacaqlar.

Üç gün müddətində davam edəcək yarışlardakı döyüşləri ATF-nin hakimləri idarə edəcək.

“DAEDO” beynəlxalq taekvondo qaydaları üzrə keçiriləcək turnirin sonunda ilk üç yeri tutacaq idmançılar və komandalar kubok, müvafiq diplom və medallarla mükafatlandırılacaqlar.

AzərTac

Sizin Reklam Yeriniz