Əlaqə Arxiv
news Image
2018.05.01
17:37
| A A A
Avropanın ən ideal çimərlikləri

Beynəlxalq Ekoloji Tədris Fondu Avropanın ən təmiz çimərliklərinin reytinqini yayımlayıb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, ən təmiz çimərliklərin sayına görə İspaniya birinci yerə layiq görülüb. Bu ölkədə 579 çimərlik mavi bayraq əldə edib. İkinci yerdə 466 çimərliklə Yunanıstan qərarlaşıb.

Bundan başqa, Türkiyə, Fransa və İtaliya da ilk beşlikdə yer alıb.

 

Qeyd edək ki, mavi bayraq çimərliyin təmizliyinə, rahatlığına və əlverişliliyinə görə təqdim olunur.

Sizin Reklam Yeriniz