Əlaqə Arxiv
news Image
2018.05.02
18:18
| A A A
Aralıq dənizində 9 miqrantın meyiti tapıldı

Aralıq dənizində Liviyadan Avropaya keçməyə çalışan miqrantların meyitləri tapılıb.

Movqe.az-ın məlumatına görə, Liviyadan qərbdə qayıqda 9 meyit aşkar edilib.

 

Həmin miqrantların 2 gün əvvəl həlak olduğu ehtimal olunur.

Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, bu ilin əvvəlindən Avropaya dəniz yolu 19 minə yaxın miqrant keçməyə çalışıb. Bu müddət ərzində 571 nəfər həlak olub.

Sizin Reklam Yeriniz