Əlaqə Arxiv
news Image
2018.05.03
17:25
| A A A
Jurnalistikaya qəbul olmaq istəyən bakalavrların nəzərinə

Dövlət İmtahan Mərkəzi jurnalistika üzrə magistraturaya qabiliyyət imtahanında iştirak edəcək bakalavrlara müraciət edib.
 
 
DİM-in mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, həmin bakalavrlar mayın 4-dən 6-dək qabiliyyət imtahanında iştirak edəcək. Məlumata əsasən, bakalavrlar mayın 7-də vərəqədə göstərilən vaxtda Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında qabiliyyət imtahanında iştirak etməlidirlər.
 
 
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət etmək imkanı verilib. Həmin bakalavrlar 2018-ci il aprelin 20-dən 30-dək DİM-in internet saytında qeydiyyatdan keçməli idilər. Bu müddət ərzində 10 nəfər bakalavr qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib ki, onlardan 9 nəfəri Azərbaycan bölməsinin, 1 nəfəri isə rus bölməsinin bakalavrlarıdır.
Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər.
 
 
Qeyd edək ki, qabiliyyət imtahanında hər bir bakalavra təxminən 1 saat (30 dəqiqə imtahan biletinə hazırlaşmaq və 30 dəqiqə biletin suallarını cavablandırmaq üçün) vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. Mətbuat materialının təhlili yazılı formada yerinə yetirilir.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz