Əlaqə Arxiv
news Image
2018.05.04
11:10
| A A A
Bakının əsas yollarından birində hərəkət məhdudlaşdırılır

Movqe.az xəbər verir ki, AAYDA və BNA-nin birgə məlumatına görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Ziya Bünyadov prospektinin "20 yanvar dairəsi"ndən "Çermet körpüsü"nə qədər olan hissəsində (metronun "Koroğlu" stansiyası istiqamətində) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq 4 may 2018-ci il tarixində adı çəkilən ünvanda axşam saat 22:00-dan etibarən hərəkət nəqliyyat vasitələri üçün tam və ya qismən məhdudlaşdırılacaq. Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunellərdə tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq, yəni yol bağlı olmayacaq. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

 

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Sizin Reklam Yeriniz