Əlaqə Arxiv
news Image
2018.05.05
21:16
| A A A
Səbaildə ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş iməcilik keçirilib - FOTO

Səbaildə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş iməcilik keçirilib.

Movqe.az bildirir ki, növbəti genişmiqyaslı ağacəkmə aksiyası Səbail RİH tərəfindən məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə keçən əsrin 70-ci illərində yaradılmış "Şıx" ərazisindəki "Dostluq parkı"nda rayonun idarə, təşkilat, müəssisələrinin, təsərrüfat xidmətlərinin işçiləri və rayon ictimaiyyətinin nümayəndələrinin, ümumilikdə 500 nəfərin iştirakı ilə keçirilib.

İməcilik parkın bütün ərazisini əhatə edib. Ərazidə toplanmış daş və digər tullantılar bir yerə yığılaraq texnika vasitəsi ilə daşınıb. İştirakçılar küləyin əraziyə gətirdiyi selofan, kağız parçalarını yığışdırıb, əvvəlki illərdə əkilmiş ağaclara qulluq göstərilib, onların dibi açılıb, ərazi qurumuş otlardan təmizlənib, ağacların qurumuş budaqları budanaraq ərazidən çıxarılıb. Parkda ağacların sulanması üçün çəkilmiş xətlər onların inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Iməclik iştirakçıları parkın ərazisində 1000 ədəd Eldar şamı, zeytun və digər ağaclar əkib, ərazi quru ot və digər tullantılardan təmizlənib, əlavə olaraq əvvəl əkilmiş ağaclara qulluq göstərilib.

Sizin Reklam Yeriniz