Əlaqə Arxiv
news Image
2018.05.10
16:09
| A A A
Səbaildəki yeni İdman parkı kütləvi yarışlar məkanına çevrilib

Ölkə başçısınin tapşırığı ilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi layihə əsasında tikilmiş və cənab prezidentin iştirakı ilə ötən ilin sonlarında açılışı olmuş İdman və İstirahət parkı artıq nəinki rayon sakinləri, eləcə də şəhərimizin digər yerlərində yaşayanların sevimli istirahət yerinə çevrilməkdədir. 

20-ci yaşayış sahəsi, Su İdmanı sarayı ilə üzbəüz 1,7 ha ərazidə yerləşən bu parkda 2 ədəd basketbol, 1 həndbol və mini fulbol meydançaları, açıq havada məşq etmək üçün  müxtəlif idman trenajorları qurulub, ekstremal idman növlərini sevən uşaq və yeniyetmələr üçün döşəməsinə xüsusi material vurulan skeytbordinq meydançası düzəldilib və gənc ekstremallar buraya gəlirlər.  Burada istər gənclər, istərsə də yaşlı nəsil nümayəndələri fəal məşq edirlər. 
Yaxınlıqdaki məktəblərin kollektivləri bu parkda idmanın müxtəlif növləri üzrə yarışlara çıxırlar. Belə ki, burada basketbol, həndbol, voleybol, mini futbol və s. idman növləri üzrə yarışlar keçirməyə və məşq etməyə, ən əsası isə öz sağlamlıqlarını möhkəmləndirmək üçün idmanla məşğul olmağa hər cür şərait yaradılıb. 
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar parkda Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə kütləvi idman yarışları keçirilib. Yarışlar çərçivəsində 16 orta məktəbin komandası mini futbol üzrə turnirdə iştirak etmiş, turnirin qalibi 49 №-li “İntellekt”məktəb-liseyin komandası olmuşdur. 2-ci yerə 6 №-li məktəbin, 3-cü yerə isə 91 №-li məktəbin komandası çıxmışdır. Qaliblərə və mükafatçılara kubok və fəxri fərmanlar təqdim olunmuşdur.
Gələcəkdə də bu İdman Kompleksində kütləvi və fərdi yarışların keçirilməsi nəzərdə tutulmuşdur.
 

Sizin Reklam Yeriniz