Əlaqə Arxiv
news Image
2018.05.10
15:58
| A A A
“Qaçqınkom”da yeni təyinatlar

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni kadr təyinatları olub.

Movqe.az Modern.az-a istinadən xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayevin müvafiq əmrləri ilə Rasim Tağızadə Mənzil İstismar Departametinin direktoru, Natiq Hüseynov isə Repatriasiya Departamentinin direktoru vəzifəsinə təyin edilib.

Adları çəkilən departamentlərə yeni təyinat almış dikektorların adı Dövlət Komitəsinin saytında da qeyd edilib.

Xatırladaq ki, Rövşən Rzayev Dövlət Komitəsinin rəhbərliyinə gələndən sonra Mənzil İstismar Departametinin direktoru Akif Mirzəyev və Repatriasiya Departamentinin direktoru Elman İsmayılov işdən çıxarılıblar. İşdən çıxarılanların adları "qara işlər"də hallandırılır.

Sizin Reklam Yeriniz