Əlaqə Arxiv
news Image
2018.05.11
10:45
| A A A
Borca görə axtarışda olan 22 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən mayın 10-dan 11-dək gün ərzində 86 cinayət faktı qeydə alınıb, onların da 22-si "isti izlər"lə açılıb.

DİN-dən Movqe.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub.  

Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Sizin Reklam Yeriniz