Əlaqə Arxiv
news Image
2018.05.11
11:03
| A A A
Gəncə və Şəkidə yeni Şəhər Psixiatriya xəstəxanaları tikiləcək

Gəncə və Şəkidə yeni Şəhər Psixiatriya xəstəxanaları tikiləcək.

Movqe.az bildirir ki, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılovunTrend-ə verdiyi məlumata görə, bununla bağlı artıq tender elan edilib. Tenderə əsasən, Gəncə şəhər Psixiatriya Xəstəxanası və Şəki şəhər Psixiatriya Xəstəxanası yenidən tikiləcək.

Tender iştirakçıları öz tender təkliflərini iyunun 7-dək tender komissiyasına təqdim etməlidirlər. Tenderin açılışı iyunun 8-də olacaq.

 

R.İsmayılov bildirib ki, hazırda Azərbaycanda 10 Psixiatriya Xəstəxanası var. Onların 2-si Bakıda, qalanları isə Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Quba, Naxçıvan, Qazax, Salyanda fəaliyyət göstərir.

Sizin Reklam Yeriniz