Əlaqə Arxiv
news Image
2018.05.11
12:15
| A A A
Heydər Əliyev liseyində Ulu Öndərin anadan olmasının 95 illiyi qeyd olunub

 Heydər Əliyev adına liseydə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsredilmiş tədbir keçirilib. Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva, YAP Xətai rayon Təşkilatı nümayəndələri və digər qonaqlar iştirak edib. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıdığı liseydə 95 illiyə həsr olunmuş futbol yarışının qalibləri mükafatlandırıldı. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova dahi şəxsiyyətin elm və təhsilə göstərdiyi əvəzsiz xidmətlərindən söz açıb. Sonda tədbir şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.

Sizin Reklam Yeriniz