Əlaqə Arxiv
news Image
2018.05.11
12:27
| A A A
Türkiyəli qonaqlar Heydər Əliyev adına liseydə olublar

 Türkiyənin Tarsus şəhərindən gələn nümayəndə heyəti Bakıda Heydər Əliyev adına liseydə olub. Tarsus Bələdiyyəsi və Tarsus təhsil işçilərindən ibarət nümayəndə heyətinin liseydəki səfərinə Xətai rayon icra başçısının müavini Jalə Abdıyeva başçılıq edib. Qonaqlar öncə liseyin qarşısında Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü ziyarət edib, önünə gül dəstələri qoyub. Liseyin foyesində Heydər Əliyevin əziz xatirəsinə həsr olunan guşəyə baxış keçiriblər. Görüş zamanı liseyin direktoru Sevinc Orucova qonaqlara tədris ocağının tarixi, uğurları haqqında geniş məlumat verib. “e-Twinning” layihəsi çərçivəsində Natəvan Bədəlovanın rəhbərliyi ilə Heydər Əliyev adına liseyin 10c sinfinin şagirdləri Türkiyənin Gümüşhane Mareşal Çakmak Sosyal Bilimlər liseyinin şagirdləri ilə ortaq layihə “Sociallight in Teeneyes” çərçivəsində “Milli İrsin” qorunmasına həsr olunmuş online video dərsi keçirilib. Liseyin şagirdləri dərsdə işğala məruz qalan Şuşa haqqında türkiyəli məktəblilərə ətraflı məlumat verib. Sonda xatirə şəkilləri çəkdirilib, lisey adından qonaqlara hədiyyə təqdim olunub

Sizin Reklam Yeriniz