Əlaqə Arxiv
news Image
2018.05.14
10:25
| A A A
DİM ötən gün keçirilən qəbul imtahanı ilə bağlı Apellyasiya Komissiyası yaradıb

Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 13-də II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradıb.
Mərkəzdən Movqe.az-a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
Abituriyentlər Apellyasiya Komissiyasına 14-16 may tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Qeyd edək ki, Apellyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş vermiş digər hallarla bağlı müraciətlərə baxılmır.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz