Əlaqə Arxiv
news Image
2018.05.15
09:45
| A A A
Bakı metrosunda tüstülənmənin səbəbi açıqlandı

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasındakı tuneldə elektrik xəttində qızma olub.

Movqe.az xəbər verir ki, bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

 

N.Paşayev bildirib ki, hadisə səhər saatlarında qeydə alınıb: "Qısaqapanma olmayıb. Xətdə qızma olub və nəticədə tüstülənmə baş verib. Metropoliten işçiləri dərhal müdaxilə edib və problem aradan qaldırılıb. Hadisə qatarların hərəkətinə ciddi təsir göstərməyib".

Qurum rəsmisi deyib ki, hazırda qatarların intervalında heç bir ləngimə yoxdur.

Sizin Reklam Yeriniz