Əlaqə Arxiv
news Image
2018.05.15
12:09
| A A A
Allahşükür Paşazadədən Ramazan ayı ilə bağlı mollalara xəbərdarlıq!
"Mayın 17-si ilk gündür. Şəvval ayının birinci günüdür. Mən sabahdan orucumu tutmağa başlayacağam". 
Movqe.az-ın məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında  Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. Şeyx bildirib ki,  Rəsədxana alimləri ilə məsləhətlər edilib: "Mayın 17-si ilk gündür. Şəvval ayının birinci günüdür. Mən sabahdan orucumu tutmağa başlayacağam". 
A.Paşazadə qeyd edib ki, din xadimlərinin varlı şəxslər tərəfindən iftara qədər verilən ehsanlarda iştirakı düzgün deyil. 
"Bu, Allaha qarşı getməkdir. Xahiş edirik ki, bu məsələyə diqqət edilsin. Din xadimlərinin belə ehsan süfrələrində iştirakı yolverilməzdir".
QMİ sədri yalançı mollalar məsələsinə də toxunub. Bildirib ki, yalançı mollalar da narahatedici məqamlardandır: 
"Qeydiyyatdan keçməyənlər molla əvəzi işləyirlər. Bu da şəriətin əleyhinədir. Dini mərasimlərin sırf mollaların aparılmasına diqqət edilməlidir. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi bu məsələdə bizə yardım etməlidir".
Zülfiyyə QULUYEVA 
Sizin Reklam Yeriniz