Əlaqə Arxiv
news Image
2018.05.15
13:35
| A A A
Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə məlumatlar yeni Facebook səhifəsində...

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinə (DMX) yeni təyin edilən Vüsal Hüseynov Xidmətin ictimaiyyətlə əlaqələr siyasətində ciddi dəyişiklik edib. Movqe.az xəbər verir ki, bu gün Vüsal Hüseynov facebook sosial şəbəkəsindəki şəxsi hesabında Dövlət Miqrasiya Xidmətinin yeni yaradılmış səhifəsini paylaşaraq bunları yazıb: "Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti  barədə məlumatlar mütəmadi olaraq, həmçinin yeni Facebook səhifəsində yer alacaqdır".
Səhifənin yaradılmasında  məqsəd sosial şəbəkələrin imkanlarından istifadə etməklə DMX-nin fəaliyyəti barədə məlumatlandırma və maarifləndirilmə işini təşkil etmək, hər kəsin miqrasiya orqanlarının fəaliyyəti ilə əlaqədar istədiyi məlumatın sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə qanunla müəyyən edilmiş qaydada əldə olunmasını təmin etmək, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin  suallarını operativ, çevik cavablandırmaq və müraciətlərini qəbul etməkdir.
Səhifədə Xidmətin fəaliyyəti barədə operativ məlumatlar, yeniliklər, miqrasiya qanunvericiliyi, normativ-hüquqi sənədlər, keçirilən görüşlər, tədbirlər, statistika, təşkil edilən səyyar xidmətlər, foto və video materialların yayımı diqqətdə saxlanılacaq. 
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətini izləmək və təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər:https://www.facebook.com/miqrasiyaxidmeti/ Dövlət Miqrasiya Xidməti rəisinin sosial şəbəkələrdə aktivliyi, eləcə də DMX-nin ictimaiyyətə açıq quruma çevrilməsi istiqamətində gördüyü işlər sosial şəbəkə istifadəçiləri, jurnalistlər tərəfindən rəğbətlə qarşılanıb. Qeyd edək ki, DMX-nin facebook sosial şəbəkəsindəki yeni yaradılmış səhifəsi izləmək üçün bütün sosial şəbəkə istifadəçiləri üçün açıqdır.  Zülfiyyə Quluyeva 

Sizin Reklam Yeriniz