Əlaqə Arxiv
news Image
2018.05.16
10:51
| A A A
Bayılda yeni sürüşmə ərazisində gərginlik davam edir-Rəsmi açıqlama

Bayılda yeni sürüşmə baş verən ərazidə gərginlik hələləki davam edir. Bu sözləri Movqe.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov söyləyib. Əziz Qaralov bildirib ki, Bayılda  Buxta küçəsində baş verən sürüşmə, zamanında həmin ərazidə yüklənmənin norma həddini keçməsi ilə də bağlıdır: “Bayılda sürüşmə sahəsində təhlükə gözlənilir, gərginlik hələ də qalır. Bu, zamanında sürüşmə baş verən ərazidə texnoloji yüklənmənin həddindən artıq çox olması ilə də bağlıdır. Aşınma və geoloji gərginlik ərazidə sürüşmə prosesini sürətləndirib. Biz bunu hər zaman bulletendə, arayışda da qeyd etmişik ki, orada gərginlik var”.
Ə. Qaralov deyir ki, ümumiyyətlə Bayılın müxtəlif əraziləri sürüşməyə meyillidir: “Buxta küçəsi 9-ünvanında da hələ sovet dövründə yamac terrasvarı kəsilib və orada evlər inşa edilib. Bu proses sovet dövründə, 70 il əvvəl aparılıb. Təbiətə müdaxilə, kanalizasiya sularının axıdılması nəticədə torpaqda  aşınma prosesini sürətləndirir”. 
Ekspedisiya rəisi  bildirib ki, sürüşmə nəticəsində təxminən, 4-5 santimetr eni olan çatlar yaranıb. Ə. Qaralov ərazidə müşahidə proseslərinin davam etdiyini, 3 evin tamamilə dağıldığını, 22 qəzalı evin sakinlərinin köçürüldüyünü bildirib. 

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz