Əlaqə Arxiv
news Image
2018.05.23
10:27
| A A A
Fransada 140 minə yaxın insan hökumətə qarşı etiraz aksiyası keçirib
Aksiyalar hökumətin sosial siyasətinə qarşı yönəlib

Fransada hökumətin sosial siyasətinə qarşı etiraz aksiyaları keçirilib. Aksiyalarda 139 mindən çox insan iştirak edib.

“Report” xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, 124 minə yaxın nümayişçi 180 müxtəlif aksiya çərçivəsində ölkə regionlarının küçələrinə çıxıb.
Bununla yanaşı qeyd olunur ki, təqribən 15 min nəfər Parisdə keçirilən etiraz aksiyalarında iştirak edib.

Sizin Reklam Yeriniz