Əlaqə Arxiv
news Image
2018.05.23
13:48
| A A A
Deputat: "Dini kəbinlər boşanmalarda rol oynayır

Mayın 23-də Milli Məclisdə (MM) ailə məsələlərinə həsr olunmuş ictimai müzakirələr başlayıb.

Movqe.az-ın xəbərinə görə, MM-in Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil edilən “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda ictimai müzakirələrdə millət vəkilləri ilə yanaşı, bir sıra dövlət qurumlarının, o cümlədən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin (DİN), Qeyri-Hökumət Təşkilatlarının (QHT) təmsilçiləri iştirak edirlər.

MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, Azərbaycanda ailə dəyərlərinə böyük üstünlük və əhəmiyyət verilir. Komitə sədri bu yöndə qanunvericilik bazasının formalaşdırıldığını, 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunduğunu qeyd edib.

O, Azərbaycanda boşanmaların və erkən nikahların ciddi problem olaraq qaldığını söyləyib:

“Ailələrdə boşanmaların sayında artım özünü göstərir. Rəsmi rəqəmlər də ciddi narahatlıqlar üçün əsas yaradır”.

Komitə sədri deyib ki, konfliktli ailələrdə uşaqlar zəif, iradəsiz uşaqlar kimi böyüyürlər. 

A.Naxçıvanlı erkən nikahlarda və boşanmalarda dini kəbinlərin və qeyri-rəsmi nikahların “böyük” rol oynadığını da sözlərinə əlavə edib.

Sizin Reklam Yeriniz