Əlaqə Arxiv
news Image
2018.05.27
13:30
| A A A
Kiyev polisi: Çempionlar Liqasının final matçından sonra 18 nəfər saxlanılıb

Kiyevin hüquq-mühafizə orqanlarının əməkdaşları Çempionlar Liqasının finalında "Real" və "Liverpul" futbol komandaları arasında keçirilən matç zamanı dava salmaq üçün təxribatlar törətməyə cəhd göstərən 18 nəfəri saxlayıb.

"Report" "RT"-ə istinadən xəbər verir ki, bu barədə idarənin məlumatında deyilir.
Ukrayna Milli Polisi Baş İdarəsinin Kiyev üzrə rəisi Andrey Krişenkonun yaydığı məlumatda bildirilir ki, bir neçə gənc matçdan sonra dava salmağa cəhd göstərib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onları saxlayaraq, rayon polis idarələrinə aparıb. Polis tərəfindən ümumilikdə 18 nəfər saxlanılıb.
Bildirilir ki, matç zamanı azarkeşlər arasında polis və mühafizəçilərin sakitləşdirdiyi iki toqquşma olub.  

Sizin Reklam Yeriniz