Əlaqə Arxiv
news Image
2018.06.01
12:38
| A A A
Lisey və gimnaziyaların I sinfinə qəbul üzrə qeydiyyat başa çatıb

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 160 nömrəli Klassik Gimnaziya və 287 nömrəli “Zəkalar” liseyinə I sinfə qəbul üzrə elektron ərizələrin qeydiyyatı mayın 31-də başa çatıb.
 
BŞTİ-dən  verilən məlumata görə, qaydalara əsasən, fevralın 22-dən mayın 31-dək davam edən proses çərçivəsində qeyd olunan ümumi təhsil müəssisələrinə 3 506 elektron sorğu yerləşdirilib.

Bu sorğulardan 227-si ərazi üzrə olduğu üçün həmin uşaqlar lisey və gimnaziyalara müsabiqədənkənar qəbul olunublar. Müsabiqə üçün sorğuların sayı isə 3 279-dur.

İyunun 1-ə (saat 11:00) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az)vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üzrə 42 046 uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə I sinfə şagird qəbulu proqnozunun 85 faizinə yaxın göstəricidir.

Sizin Reklam Yeriniz