Əlaqə Arxiv
news Image
2018.06.01
15:46
| A A A
Cocuq Mərcanlının kiçik sakini: "Prezident uşaqların bayramında həm mənim arzumu gerçəkləşdirdi, həm də anamın"

Ötən gündən Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsinin sakinlərinin doğma yurdlarına növbəti köçü başlayıb. İllərdir öz doğma yurdlarından didərgin düşən Cocuq Mərcanlı sakinlərinin daha bir hissəsi ata-baba yurdlarına qayıdır. Onlardan biri də, iyirmi beş ilə yaxındır Bakıda, Biləcəri qəsəbəsində zavodun məskunlaşan Almaz Hüseynovanın ailəsidir. Movqe.az saytının əməkdaşı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Cocuq Mərcanlının yeni kiçik sakini Fuad Qafarovla söhbətləşib. Fuad 25 ilə yaxın Biləcəridə anası Almaz Hüseynova ilə nəmişlik qoxuyan zavodun beton binasında məskunlaşdığını, bu gün isə öz evinə köçməyin sevincini yaşadığını bildirib: " “Cocuq Mərcanlıda birinci inşa edilən evlər hazır olandan sonra dayımgil qəsəbəyə qayıtdılar. Biz də Cocuq Mərcanlıya elə həmin vaxtdan bir qədər sonra gəldik. Xeyli vaxtdır dayımgildə qalıb məktəbə gedirdim. Gələn tədris ilindən isə öz evimizdən dərsə gedəcəm. Məktəb evimizə çox yaxındır. Bu gün Beynəlxalq Uşaqların Müdafiəsi Günüdür. Bu ev mənə əsl bayram sevinci bəxş etdi. Bu sevinci biz Cocuq Mərcalının kiçik sakinləri olan uşaqlara yaşatdığına görə cənab prezidentimizə minnətdarıq. Mən indi 6-cı sinifdə oxuyuram. Gələn ildən öz evimizdən 7-ci sinfə gedəcəm. Sevinirəm ki, geniş həyətimiz var. Anamla nənəmə bu evdə arxa-dayaq olacağam. Cocuq Mərcanlını bundan sonra qəsəbənin oğlanları qoruyacaq. Düşmən bizdən qorxub birdə bura ayaq basa bilməz. Arzulayıram ki, qəsəbəmizin uşaqlarının hamısı Cocuq Mərcanlıya geri qayıtsın. Qəsəbəmizdə stadionda futbol oynayaq. Onlar da mənim kimi bu qəsəbədə böyüsünlər. Anam həmişə arzu edirdi ki,məni Cocuq Mərcanlıda öz evimizdə böyütsün. Cənab prezident uşaqların bayramında həm anamın arzusunu gerçəkləşdirdi, həm də mənim. Buna görə, Ali Baş Komandanıma minnətdaram!”  

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz