Əlaqə Arxiv
news Image
2018.06.04
12:27
| A A A
Metropolitenin yeni mətbuat katibi- "Əməkdar jurnalist", iki kitab müəllifidir

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən öz ərizəsi ilə ayrılan Nəsimi Paşayevi hazırda Bəxtiyar Məmmədov əvəz edir. B.Məmmədov hazırda qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisinin müavini vəzifəsini tutur. Movqe.az “Bakı Metropoliteni” QSC-nin media ilə əlaqələr üzrə yeni məsul şəxsinin kiçik dosyesini təqdim edir: Movqe.az-ın məlumatına görə,  Bəxtiyar Məmmədov “Bakı Metropoliteni” QSC-də çalışmazdan öncə bir çox mətbu orqanlarda çalışıb və "Əməkdar jurnalist» fəxri adını daşıyır. 

DOSYE: Bəxtuyar Miryusif oğlu  Məmmədov

1990-cı ildə Respublika rus dili olimpiadasının qalibi kimi M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna müsabiqədənkənar daxil olub və həmin institutu 1995-ci ildə fərqlənmə diplomu ilə bitirib.
Mətbuat sahəsində mütəmadi peşəkar fəaliyyətə 1997-ci ildə "Supersport" qəzetində başlayıb. Qəzetin şöbə müdiri və texniki redaktoru olub. 2000-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı olan "İdman" qəzetində şöbə müdiri vəzifəsində işləməyə başlayıb. Qəzetin baş redaktor müavini, baş redaktorun əvəzi vəzifələrində çalışıb və həmkarlar ittifaqı təşkilatının sədri olub. 10-dan artıq kütləvi və elektron informasiya vasitəsi ilə əməkdaşlıq edib.
Azərbaycan və rus dillərində məqalələri dərc olunub.
2009-cu ildə Bakı metropolitenində "Metro" qəzetinin redaksiyasına müxbir vəzifəsinə qəbul olunub. 2010-2016-cı illərdə qəzetin redaktor müavini vəzifəsində çalışıb. 2016-cı ildən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini vəzifəsində çalışır.
Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatı sahəsində dövlət siyasəti ilə bağlı 2 kitabın əsas müəlliflərindən biri olub. Bir neçə kitabın redaktoru olub.
2012-ci il noyabrın 5-də Milli Olimpiya Komitəsinin 20 illiyi münasibəti ilə bədən tərbiyəsi və idman sahəsindəki fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar jurnalist» fəxri adına layiq görülüb.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz