Əlaqə Arxiv
news Image
2018.06.04
14:35
| A A A
İmtahanda aşağı nəticə göstərən müəllimlərin taleyi necə olacaq? Nazirlikdən rəsmi açıqlama

Diaqnostik qiymətləndirmədə çox aşağı nəticə göstərən müəllimlər ən minimum dərs yükü ilə təmin olunurlar. Yəni onlara 6 saatdan çox dərs verilmir. Təhsil Nazirliyinin bununla bağlı, yerli təhsil idarəetmə orqanlarına, müəssisə rəhbərlərinə müxtəlif təlimatları var.
Movqe.az  APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

O bildirib ki, sonuncu diaqnostik qiymətləndirmədə müxtəlif fənlərdən aşağı nəticə göstərən müəllimlər var:

"Bu amil dərs yükü bölüşdürülərkən çox ciddi şəkildə nəzərə alınacaq".

E. Bağırov qeyd edib ki, diaqnostik qiymətləndirmə mütəmadi olaraq keçirilir:

"Aşağı nəticə göstərən müəllimlər üçün növbəti qiymətləndirmə zamanı şərait yaradılacaq və hər bir müəllim öz nəticəsini yüksəltmək imkanına malik olacaq".

Sizin Reklam Yeriniz