Əlaqə Arxiv
news Image
2018.06.05
10:04
| A A A
Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları istehsalçılarına müraciət edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida məhsulları istehsalçılarına müraciət edib.

Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən "Report"a verilən məlumata görə, qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması proseslərində iştirakına yüksək qiymət verilir.
Bildirilib ki, bu baxımdan sahibkarlara qida zəncirinin bütün mərhələlərində müasir tələblərə uyğun fəaliyyətlərini təşkil etmələri üçün hərtərəfli dəstək göstəriləcək: "Bu ilin iyulun 1-dən öz səlahiyətlərinin icrasına başlayacaq agentlik tərəfindən ölkə ərazisində fəaliyyət göstərən bütün qida subyektlərinin qeydiyyatı aparılacaq, qanunvericiliyə uyğun qaydada monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçiriləcək, ölkə iqtisadiyyatının inkişafını şərtləndirən idxal-ixrac proseslərinin qanunvericiliyə və beynəlxalq standartlara uyğun tənzimlənməsinin təmin edilməsi üçün müvafiq sertifikatlar veriləcək. 
Məqsəd bir tərəfdən dövlət orqanı kimi agentliyin qanunvericiliklə ona verilən səlahiyyətlərinin icrasının həyata keçirilməsidirsə, digər tərəfdən, yerli qida subyektlərinin fəaliyyətinin sağlamlaşdırılmasına, beynəlxalq standartlara uyğun keyfiyyətli məhsul istehsalının və ixracının artırılmasına, nəticə etibarilə, Azərbaycan sahibkarlarının dünya bazarlarına çıxışının davamlı və intensiv xarakter almasına yaxından dəstək vermək, Azərbaycan mənşəli qida məhsullarına beynəlxalq tələbatın artmasına, “Made in Azerbaijan” brendinin nüfuzunun daha da yüksəlməsinə nail olmaqdır".
Agentlik sahibkarlara müraciət edərək onları fəaliyyətlərində qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara uyğun qurmağa çağırır: "Sahibkarların istehsal etdikləri qida məhsullarının daxili bazarlarda satış dinamikasının və xarici ölkələrə ixrac imkanlarının artmasının onların keyfiyyətindən və müvafiq yerli və beynəlxalq tələblərə uyğunluğundan bilavasitə asılı olduğunu bir daha bəyan edib. Eyni zamanda, önümüzdəki bir ay ərzində öz fəaliyyətinizə bir daha yaxından nəzər salmağı, mövcud çatışmazlıqları, qüsur və nöqsanları aradan qaldırmağı tövsiyə edir, bu işdə hər cür metodiki köməkliyi göstərməyə hazır olduqlarını bildirib".

Sizin Reklam Yeriniz