Əlaqə Arxiv
news Image
2018.06.07
13:09
| A A A
Azərbaycanda ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz artıb

Azərbaycanda ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz artıb.

Movqe.az-ın məlumatına görə, bunu ADA Universitetində 3-cü Beynəlxalq elmi təhsil konfransının açılış mərasimində çıxış edən təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan 5 ilə yaxın müddət keçir. Bu müddətdə bir çox işlər görülüb, təhsilin məzmunu sahəsində nailiyyətlər əldə edilib.

C.Bayramov əlavə edib ki, peşəkar kadrların hazırlanması istiqamətində də aktiv işlər aparılır.

O qeyd edib ki, ali təhsil və ilk peşə ixtisası sahəsində bəzi dəyişikliklərin edilməsinə başlanılıb: "Son bir neçə ildə ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz, yaxud 4 min nəfər artıb".

Sizin Reklam Yeriniz