Əlaqə Arxiv
news Image
2018.06.07
13:38
| A A A
"Sahil" stansiyası tamamilə dəyişdirildi

"1967-ci il noyabr ayının 6-da Bakı Metropoliteninin istifadəyə verilən ilk sahəsinin 5 stansiyasından biri olan "Sahil" stansiyasının eskalatorları 50 illik istismar müddətini başa vurmuşdu. Buna görə bir giriş-çıxışı olan stansiyanın bağlanması və sərnişindaşıma prosesindən təcrid olunması qaçılmaz idi".
Movqe.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" ASC-nin sədrinin müavini Hidayət Məmmədov “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı açılışda deyib.
O bildirib ki, təmir müddətində stansiyada quraşdırılmış "LT-3" tipli 3 eskalator sökülərək, yerində Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin istehsalı olan "Viktoriya" tipli 4 eskalator quraşdırılıb. Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiya əsaslı təmir olunub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənib. Eyni zamanda, bir problem yaranarsa, sərnişinlərin təxliyyəsində də eskalatorların çoxluğu köməklik göstərəcək".

Sizin Reklam Yeriniz