Əlaqə Arxiv
news Image
2018.06.07
13:47
| A A A
Nazir müavini sərnişindaşımada gediş haqqında dəyişiklikdən danışdı

 Azərbaycanda şəhərlərarası sərnişindaşıma ilə bağlı tariflərdə hər hansı dəyişiklik gözlənilmir.
Movqe.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Nazir müavini sərnişindaşıma zamanı kassadan alınan biletlə, sürücülərin sərnişinlərdən istədikləri məbləğ arasındakı fərqin olmasına da aydınlıq gətirib. O, bunun individual yanaşma olduğunu diqqətə çatdırıb:"Daşıyıcı özü səhlənkarlıq edərək belə addım atırsa, bunu bütün daşıyıcılara şamil etmək düzgün deyil. Sözügedən problemə fərdi şəkildə baxılmalıdır".
Onun sözlərinə görə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanan proqramda regionlara sərnişin daşınmasında istifadə edilən avtobusların dəyişdirilməsi və daha da yaxşılaşdırılması nəzərdə tutulub. 

Sizin Reklam Yeriniz