Əlaqə Arxiv
news Image
2018.06.08
10:47
| A A A
AMEA-nın prezidenti və vitse-prezidentləri seçilir-Yığıncaqdaa Ramiz Mehdiyev də iştirak edir

Bu gün Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilir. Movqe.az-ın məlumatına görə, yığıncaq AMEA Rəyasət Heyətinin beşillik və 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunub. Yığıncaqda Rəyasət Heyətinin elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək, o cümlədən Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatları təqdim ediləcək. Yığıncaqda Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Əli Əhmədov, Nəqiyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Kənd təsərrüfatı naziri İnam Kərimov, Təhsil naziri Ceyhun Bayramov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və digər rəsmi şəxslər iştirak edir. Bu yığıncaqda AMEA-nın prezidenti və vitse-prezidentləri vəzifələrinə seçki keçiriləcək və Rəyasət Heyətinin yeni üzvləri müəyyənləşdiriləcək.  Xatırladaq ki, hazırda AMEA prezidenti akademik Akif Əlizadədir. O, bu vəzifəyə 2013-cü ildə seçilib. Akademiyanın vitse-prezidentləri isə akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev və Dilqəm Tağıyevdir. 

Sizin Reklam Yeriniz