Əlaqə Arxiv
news Image
2018.06.08
14:32
| A A A
"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" Masallı məktəbində Forum keçirib

Bu gün  "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində Forum keçirib. Movqe.az-ın xəbərinə görə, "Bakıda və regionlarda Valideyn Forumunun və valideyn-uşaq yay istirahət turlarının təşkili layihəsi" çərçivəsində Masallıda Digah 4 saylı şəhər məktəbində Valideyn Forumu işə başlayıb. Forumda Masallı rayonun müxtəlif məktəblərindən valideynlər, məktəb iştirakçıları, Rayon Təhsil Şöbəsinin nümayəndələri istirak ediblər. Forumda valideynlər təhsilin aktual problemləri və təhsilin inkişafı ilə bağlı muxtəlif maraqlı təkliflərlə çıxış ediblər. Həmçinin, tədbirdə təşkilatı dəstəyə görə Prezident Administrasiyasına, Təhsil Nazirliyinə, rayon İcra hakimiyyətinə və rayon Təhsil Şöbəsinə təşəkkür edilib. "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İB-dən bildirilir ki, növbəti belə bir Forum Qax rayonunda keçiriləcəkdir. 

 

Sizin Reklam Yeriniz