Əlaqə Arxiv
news Image
2018.06.08
14:01
| A A A
ADAU-nun rektoru 500-dən yuxarı bal toplayan abituriyentlərlə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov  ali təhsil müəssisələrinə builki qəbulda Gəncə şəhəri üzrə 1-ci və 4-cü qruplar üzrə 500-dən yuxarı bal toplayan abituriyentlərlə görüşüb. Qeyd olunan qruplarda 200-dən çox gəncəli abuturiyent 500-dən, 63 abituriyent  600-dən yuxarı bal toplayıb.

Rektor İbrahim Cəfərov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü-torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik,  balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik,  meliorasiya və su təsərrüfatı  tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 manat əlavə təqaüd veriləcəyini bir daha diqqətə çatdırıb. Abituriyentlərə bildirilib ki, aqraryönümlü ix­­tisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır. Tələbələr yüksək təhsillə yanaşı müasir standartlara cavab verən tələbə evlərində yaşayış yerləri  ilə də təmin olunurlar.

Ölkə başçısının aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğısı nəticəsində Azərbaycan Dövlət Aqrar Uni­ver­­si­tetinin maddi-texniki bazasının ən müasir standartlara uyğun yenidən qurulmasından, iki tələbə evinin gənclərin istifadəsinə veriliməsindən, universitetin müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunmasından da danışan  İ. Cəfərov onu da əlavə edib ki, aqrar sahəyə səviyyəli kadr hazırlamaq üçün istənilən şərait mövcuddur və onun daha da təkmilləşdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən daim dəstək göstərilir. Buna misal olaraq 31 may 2018-ci il tarixində universitetdə keçirilən 10-cu Məzun Yarmarkasında iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimovun göstərişi ilə mühəndislik istiqamətində kadr hazırlğının keyfiyyətinin artırılması məqsədilə universitetə ən müasir kənd təsərrüfatı texnikalarının verilməsini göstərmək olar.

 Bununla yanaşı, rektor universitetdə tam şəffaf mühitin yaranmasını da xüsusi vurğulayıb, bu gün qeyri-neft sektoru olaraq  aqrar sahənin inkişafı və bunun üçün bazar rə­qa­bət­li, innovativ, müasir düşüncə tərzinə malik kadr bazasının yaradılmasının döv­lətin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb. Çıxışının sonunda rektor qəbul imtahanlarında yüksək nəticə əldə edən abituriyentləri təbrik edib, onlara uğurlar arzulayıb, ixtisas seçimi zamanı reallıqlardan səmərəli və düzgün bəhrələnməyə çağırıb.

Görüşdə çıxış edən məktəb direktorları, müəllimlər, valideyinlər və yüksək nəticə əldə edən abituriyentlər aqrar təhsilə diqqət və qayğısına görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını,  səmimi görüş və təbrikə görə, eləcə də ADAU barədə dolğun, əhatəli, real məlumatlar üçün təhsil müəssisəsinin rektoruna, professor-müəllim heyətinə təşəkkürlərini bildiriblər.Əlihüsyn Şükürov

Sizin Reklam Yeriniz