Əlaqə Arxiv
news Image
2018.06.08
16:14
| A A A
Milli Qurtuluş günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 15 iyun-Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluş günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir” mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış və məruzə ilə çıxış edərək bildirmişdir ki, Müstəqilliyimizin ilk ilərində Azərbaycanda cərayan edən xaotik proseslər təsdiq edirdi ki, yalnız möhkəm siyasi iradəsi olan bir rəhbər ölkənin başının üstün almış bütün təhlükələrdən qurtarmaq,dövlət müstəqilliyimizi yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər.
1993-cü ildə iqtidarda olanların dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyi pik həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı,torpaqlarımızın itirildiyi, bir sözlə, Azərbaycan dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqımızın Ümummilli Lider Heydər Əliyevə üz tutması təsadüfü deyildir.Çünki ölkədəki hərc-mərcliyi,itaətsizliyi,anarxiyanı,siyasi çəkişmələri, başlanmış qardaş qırğını,hərbi xəyanəti, qanunsuz silahlı dəstələri Bakıya yürüşünü yalnız o böyük insan aradan qaldıra bilər. O zaman vəziyyəti düzgün qiymətləndirən xalqın tələbi Bakıya – ölkə rəhbərliyinə Heydər Əliyevin gəlməsi idi. Heydər Əliyevə ünvanlanan müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildir.Bu həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi ümumxalq qərarı idi.O ağır günlərdə ölkəni ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə bütün Azərbaycan xalqı qəlbən inanırdı. Heydər Əliyev də çox gözəl bilirdi ki, o ağır, qarışıq günlərdə özünü qabağa verməsə,kövrək olan müstəqillik əldən gedəcək, dövlətçilk məhv olacaq, xalq isə didərgin düşəcək. Ulu öndərin böyüklüyü həm də onda idi ki, hakimiyyətin ona qarşı həyata keçirdiyi təxribatları,qarayaxma kampaniyasını bir kənara qoyub o ağır və keşməkeşli günlərdə xalqın köməyinə tələsdi.Ulu öndər Heydər Əliyev sonralar həmin vaxtları xatırlayaraq deyirdi : “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş Verdi, qan töküldü…Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri ziyalıları oldu.Onlar məni yenidən Bakıya dəvət etdilər.” 
Heydər Əliyev 1993-cü il iyun 15-də yekdilliklə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış edərək Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi naliyyəti olan dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab etdiyini bildirdi: “Azərbaycan Respublikasının bu günkü ağır, mürəkkəb və gərgin vəziyyətinin tam məsuliyyətlə dərk edirəm.Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm.Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə,dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini harada olursa olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəm. 
Çıxış edən YAP Masallı rayon təşkilatının Siyasi Şurasının üzvü Hikmət Xəlilov, YAP Masallı rayon təşkilatının Qadınlar Şurasının sədri Gülşən Xəlilova, YAP Masallı rayon təşkilatının Qadınlar Şurasının üzvü Naibə Aslanova, Masallı rayon Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri Məmmədağa Şiriyev çıxışlarında Milli Qurtuluş günü münasibəti ilə təbriklərini çatdırdılar.Xalqımızın Böyük oğlu Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra müstəqilliyimiz xilas oldu,dövlət və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçrildi. 
Ulu öndər Heydər Əliyevin Şah əsəri olan Azərbaycan bu gün hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf edir,xalqımızın həyatı günü-gündən çiçəklənir.Bütün bunlara isə biz 15 iyun Milli Qurtuluşumuz sayəsində nail olmuşuq.
Əlihüseyn Şükürov.

 

Sizin Reklam Yeriniz