Əlaqə Arxiv
news Image
2018.06.11
09:33
| A A A
Tbilisidə etirazçılar mərkəzi prospekti bağlı saxlayıb

Tbilisidə ötən gün parlamentin binası qarşısında keçirilmiş etiraz aksiyasının bir neçə iştirakçısı Rustaveli prospektində qalmaqdadır.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, etirazçıların prospektdə üç çadır qurması səbəbindən yol avtomobillərin hərəkəti üçün bağlıdır.

Aksiyanın təşkilatçılarından olan Zviad Kuprava və daha üç nəfər inzibati qanunvericiliyin tələblərinin pozulmasına görə saxlanılıb.

Ötən il Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidzə saxlanılan şəxslərin azad olunmasını tələb edib. O, aksiyanın bu gün saat 14:00-da bərpa olunacağını bildirib.

Qeyd edək ki, ötən axşam aksiya zamanı yağış başladığına görə parlamentin binası qarşısında olan çadırlar Rustaveli prospektinə daşınıb. Z. Saralidze oğlunun qətlində günahı olanların hamısı müəyyən olunmayana qədər Rustaveli prospektindəki çadırdan çıxmayacağını deyib.

Sizin Reklam Yeriniz