Əlaqə Arxiv
news Image
2018.06.11
15:24
| A A A
Səbail rayonunun Badamdar qəsəbəsində möhtəşəm bayram konserti keçiriləcək

Milli Qurtuluş Günü münasibəti ilə iyun ayının 13-ü saat 19-30-da Səbail rayonu Badamdar qəsəbəsindəki Heydər Əliyev Parkında Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin birgə təşkilatçılığı ilə möhtəşəm bayram konserti təşkil olunacaqdır.

Azərbaycan estradasının tanınmış ulduzlarının iştiraki ilə keçiriləcək konsertdə xalq mahnıları, dünya və Azərbaycan bəstəkarlarının əsərləri ifa olunacaq, tədbir möhtəşəm atəşfəşanlıqla başa çatacaqdır.

Bakı sakinlərini və şəhərimizin qonaqlarını bu konsertə dəvət edirik.

Sizin Reklam Yeriniz