Əlaqə Arxiv
news Image
2018.06.11
15:11
| A A A
ADAU-nun tələbələri Region Aqroparkda olublar

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin professor-müəllimləri və aqronomluq ixtisasının III kurs tələbələri Goranboy və Samux rayonlarının ərazisində yerləşən “Region Aqropark”da olublar.

Professor-müəllim və tələbələr ilk  növbədə “Region Agropark”ın inzibati binasına və yaradılan laboratoriyalara baxıblar.  Bildirilib ki, Aqroparkın ərazisindəki bərpa olunan torpaq sahəsində cari ildə 823 hektarda taxıl, 93 hektarda yonca, 320 hektarda şəkər çuğunduru, 192 hektarda pambıq, 64 hektarda kartof əkilib. 80 hektar ərazidə damcı suvarma sistemləri qurulmaqla zeytun, badam və digər meyvə bağları salınıb. Aqroparka məxsus torpaq sahələrinin Bozdağ ərazisində əmələ gələn sel sularından mühafizəsi məqsədilə 15,5 kilometr uzunluğunda seltutucu kanal inşa olunub.

Müəllimlər və tələbələr sahələrdə əkilən bitkilərin vegetasiya müddətində görülən işlərə diqqət yetirib, təsərrüfatla ətraflı tanış olub və maraqlı fikir mübadilələri aparıblar. 
           Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz