Əlaqə Arxiv
news Image
2018.06.11
15:40
| A A A
Saatlıda zəhərlənərək Bakıya gətirilən pambıqçıların vəziyyəti normaldır

Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərləndiyi üçün Bakıya gətirilən 4 xəstənin səhhəti normaldır.

Movqe.az bildirir ki, bu barədə Trend-ə Respublika Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

A.Maqsudov bildirib ki, həmin xəstələr şöbəyə yerləşdirilib və müalicə olunur: "Səhhətləri normaldır. Hələlik nəzarət altında saxlayırıq. Ola bilsin ki, sabah günün ikinci yarısında evə buraxılsınlar. Xəstələrin diaqnozuna zəhərlənmə də demək olmaz. Sadəcə özlərini pis hiss ediblər, zəhərləndiklərini düşünüblər, ona görə bura gətiriliblər. Biz də qulluqlarında dururuq, müalicə edirik".

Xatırladaq ki, iyunun 10-da axşam saatlarında Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən şəxslər arasında kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə nəticəsində zəhərlənmə diaqnozu ilə 24 nəfər Saatlı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Saatlı rayon Mərkəzi Xəstəxanasından Trend-ə bildiriblər ki, onlardan 4-nün vəziyyəti qənaətbəxş olmadığı üçün Bakıya-Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə göndərilib, 20 nəfər isə rayon xəstəxanasına yerləşdirilib:

"Zəhərlənənlərdən 2 nəfərin səhhəti normallaşdığı üçün öz istəyi ilə evə - ambulator müalicəyə buraxılıb, 18 nəfər isə hazırda xəstəxanadadır. Xəstəxanada olanlardan iki nəfərin müalicəsi davam etdirilir, 16 nəfərin vəziyyəti isə stabil və qənaətbəxşdir. Həmin 16 nəfər yəqin ki, günün sonuna kimi evə buraxılacaq".

Saatlı rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, işçilər kimyəvi maddədən zəhərləniblər:

"Pambıq sahəsində alaq otları və başqa hansısa həşərata qarşı dərman vurulub. İşçilər də həmin sahədə zəhərləniblər".

Sizin Reklam Yeriniz