Əlaqə Arxiv
news Image
2018.06.11
20:00
| A A A
Bakcell Böyük Britaniya səfirliyinin təşkil etdiyi tədbirlərə dəstək göstərib (FOTO)

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan Bakcell şirkəti Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin ənənəvi olaraq hər il keçirdiyi iki böyük tədbirə dəstək göstərib.

Şirkətdən Movqe.az-a verilən məlumata görə, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə uzunmüddətli əməkdaşlığı çərçivəsində Bakcell şirkəti “Xəzər Neft və Qaz” sərgi və konfransının 25-ci ildönümü münasibətilə Böyük Britaniya səfirliyi və ABŞ səfirliyinin birgə təşkil etdiyi təntənəli qəbul mərasiminin sponsorlarından biri olub.

İyun ayının 7-də isə şirkət Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin doğum günü münasibətilə təşkil edilmiş təntənəli qəbulun keçirilməsinə dəstək göstərib. Ziyafətdə Azərbaycanın və Böyük Britaniyanın dövlət məmurları, yerli və beynəlxalq şirkət və təşkilatlarının nümayəndələri iştirak edib.

Qeyd edək ki, Bakcell şirkəti uzun illərdir ki Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq edir və bu əməkdaşlıq sayəsində səfirliyin təşkil etdiyi bir sıra tədbirlərə sponsorluq etməklə yanaşı, “British Council” ilə birgə müxtəlif Korporativ Sosial Məsuliyyət layihələrini uğurla həyata keçirib.

Artıq 20 ildən çoxdur ki Azərbaycanda fəaliyyət göstərən Bakcell şirkəti hazırda müxtəlif sahələri təmsil edən 1800-dən artıq korporativ müştəriyə xidmət edir. Bakcell neft sənayesi daxil olmaqla ölkə iqtisadiyyatının bir çox sektoru üzrə ən böyük korporativ telekommunikasiya xidmətlərinin təminatçısıdır. Şirkət Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərini ən yüksək keyfiyyətli telekommunikasiya həlləri ilə təmin edir.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

 

6500-dən artıq baza stansiyası ilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Ölkədə ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4G xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub. Hazırda Bakı və Abşeron sakinləri ilə yanaşı, Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının əhalisi də Şirkətin təqdim etdiyi yüksək sürətli 4G internetindən istifadə edə bilirlər. 2018-ci ildə Bakcell özünün LTE şəbəkəsini ölkənin digər regionlarına doğru genişləndirir. Bakcell şirkəti Bakı metrosunda 4G xidməti təmin edən ilk mobil operatordur.

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb. 2017-ci ilin avqust ayında aparılan testlərin nəticələrinə əsasən, Bakcell Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Sizin Reklam Yeriniz