Əlaqə Arxiv
news Image
2018.06.12
14:36
| A A A
Azərbaycanda istehsal olunan siqarlara tətbiq edilən vergi dərəcəsi artırılacaq

Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlar və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsi artırılacaq.

Movqe.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

 

Məcəllənin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir. Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 20 manat vergi tutulacaq. İndiyədək bu rəqəm 10 manat olub.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Sizin Reklam Yeriniz