Əlaqə Arxiv
news Image
2018.06.20
15:11
| A A A
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfədən çox artıb

 Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 11,226 mlrd. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Movqe.az  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,5% çoxdur.

5 aylıq ticarət dövriyyəsinin 7,371 mlrd. dolları ixracın, 3,855 mlrd. dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 65,6%, idxal isə 36,85% artıb.

Beləliklə, xarici ticarətdə 3,515 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da 1 il əvvələ nisbətən 2,15 dəfə çoxdur. 

Sizin Reklam Yeriniz