Əlaqə Arxiv
news Image
2018.06.21
11:29
| A A A
Hərbi parada görə 14 marşrutun istiqaməti dəyişdirilir - Əhalinin DİQQƏTİNƏ!

26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi parad və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq Neftçilər prospekti – Azneft dairəsi və ətraf küçələrdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
 
 
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin Movqe.az-a verdiyi xəbərə görə, 24-26 iyun tarixlərində mərasim tam başa çatanadək 1, 2, 4, 5, 6, 18, 21, 32, 46, 65, 88, 125, 175 və H1 (Hava limanı-28 may metrostansiyası ekspres xətti) marşrut xətləri üzrə avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək.
 
 
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə xalqımızı və qüdrətli Ordumuzun bütün şəxsi heyətini Bakı Nəqliyyat Agentliyinin kollektivi adından təbrik edir, güclü dövlətin güclü ordusu olaraq düşmən üzərində daha parlaq və qətiyyətli qələbələr arzu edirik.

Sizin Reklam Yeriniz