Əlaqə Arxiv
news Image
2018.06.21
12:18
| A A A
Aqrokimyəvi maddələrin ölkəyə idxalına nəzarət gücləndiriləcək

Qida Təhlükəsizliyi Agentliyi pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin ölkəyə idxalına nəzarəti gücləndirəcək.

Movqe.az xəbər verir ki, bu barədə APA-ya cavab olaraq Agentliyin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib. Onun sözlərinə görə, 1 iyul 2018-ci il tarixindən  idxal-ixrac əməliyyatları sahəsində, o cümlədən pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalında yeni nəzarət mexanizmləri tətbiq olunacaq.

Tələblərə gəlincə, M.Piriyev bildirib ki, yalnız Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlər və bioloji preparatların idxalına icazə veriləcək.

Sizin Reklam Yeriniz