Əlaqə Arxiv
news Image
2018.06.21
12:29
| A A A
Qanunsuz süni göllər yaradanlar 85 min manat cərimələndi

Azərbaycanda 529 balıq gölü müəyyən edilib.

Bu barədə Movqe.az-a Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Komitə tərəfindən aparılan monitorinqlər nəticəsində Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinin tələbləri pozulmaqla yaradılmış 147 süni göl ləğv edilib.

Nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb. Hazırda 382 təbii və süni göl fəaliyyət göstərir. Bunlardan 33-ü təbii, 349-u isə süni balıq gölləridir.

Süni balıq göllərindən 14-ü meşə fondu torpaqlarında, 37-si su fondunda, 298-i isə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılıb.

Təyinatına uyğun olmayan torpaq sahələrində mövcud olan 188 hal barədə inzibati protokol tərtib edilərək 85 min manat cərimə yazılıb.

25 balıq gölünün fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunub. Hazırda 45 gölün fəaliyyətinin araşdırmaları davam etdirilir.

Süni göllərin ən çox Neftçala, Salyan, Biləsuvar, Sabirabad rayonlarında yaradılması aşkar edilib.

Sizin Reklam Yeriniz