Əlaqə Arxiv
news Image
2018.06.21
22:16
| A A A
Dövlət Xidmətində daha bir korrupsiya ocağı dağıdıldı-Əcnəbilərin tibbi müayinə problemi aradan qalxdı

Dövlət Miqrasiya Xidmətində ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq istəyən əcnəbilərin təhlükəli yoluxucu xəstəliklərə görə tibbi müayinədən keçməsi üçün onların  ancaq " International-2” özəl klinikasına yönləndirilməsinə son qoyulub. Bundan sonra əcnəbilər sözügedən klinikadan başqa tibb ocaqlarında da tələb olunan müayinədən keçə biləcəklər. Bununla da DMX -da əcnəbilərin narazılığına səbəb olan tibbi arayışların alınması üçün illərdir qurulmuş daha bir korrupsiya ocağı dağıdılıb. Movqe.az xəbər verir ki, bu barədə DMX-nin rəisi Vüsal Hüseynov öz Facebook sosial şəbəkəsindəki hesabında məlumat verib:"Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı ünvanlanan suallardan biri də Miqrasiya Xidmətinə təqdim edilən tibbi arayışlarla bağlıdır.  Bununla bağlı mövcud vəziyyəti diqqətə çatdırmaq istərdim.  

Belə ki, mövcud qanunvericliyin tələblərinə əsasən

Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı ünvanlanan suallardan biri də Miqrasiya Xidmətinə təqdim edilən tibbi arayışlarla bağlıdır.  Bununla bağlı mövcud vəziyyəti diqqətə çatdırmaq istərdim.  

Belə ki, mövcud qanunvericliyin tələblərinə əsasən ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq istəyən əcnəbilər müvafiq sənədlərlə birgə həmçinin təhlükəli yoldaluxucu xəstəliklərin virusunun (insanın immunçatışmazlığı virusu infeksiyası QİÇS, B və C hepatitləri) daşıyıcısı olmaması haqqında arayış təqdim etməlidirlər. 

Bu tələbin məqsədi vətəndaşlarımızın xaricdən gələ biləcək təhlükəli yoluxucu xəstəliklərdən qorunması və əhalinin sağlamlığının mühafizəsinin təmin edilməsidir. Bununla bağlı mümkün sui-istifadə hallarının, risklərin qarşısının alınması, laborator diaqnozların müasir avadanlıq və üsullarla müəyyən edilməsi, əhalinin sağlamlığına məsuliyyətli yanaşmanın təmin olunması üçün belə arayışların məhdud sayda tibb müəssiləri tərəfindən təmin edilməsi təcrübəsi tətbiq edilir. 

Hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Respublika Müalicəvi Diaqnostika Mərkəzi, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (regional laboratoriyalarıda daxil olmaqla), Xüsusi Müalicə Sağlamlıq Kompleksi, İnternational Medical Center2, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasından bu arayışları təqdim edirlər. 

Dövlət Miqrasiya Xidmətinin qəbul şöbələrində əcnəbilərə bütün bu klinikalar barədə ümumi məlumat təqdim edilir və xüsusi yönləndirmə mövcud deyil. Həmçinin əcnəbilərdən qanunvericilikdə nəzərdə tutulmayan hər hansı əlavə müayinə sənədinin tələb olunmaması məsələsi də diqqətdədir. Bu sahədə məmnunluğun təmin edilməsi üzrə fəaliyyət davam etdirilir".

Zülfiyyə Quluyeva 

 

 

Sizin Reklam Yeriniz