Əlaqə Arxiv
news Image
2018.06.22
10:42
| A A A
Avtobuslara hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq

Azərbaycanda şəhərlərarası sərnişindaşımada hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq.

Movqe.az xəbər verir ki, bu barədə Trend Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən məlumat verir.

Hazırda şəhərlərarası və beynəlxalq sərnişindaşımada iştirak edən avtobusların yola salınma prosesi və onlayn bilet satışı avtomatlaşdırılıb, mərkəzi məlumat bazası mövcuddur. Sərnişin onlayn rejimdə beynəlxalq internet şəbəkəsi vasitəsilə reysə 10 gün qalmış gedəcəyi istiqamətdə bilet əldə edə bilər.

 

Sərnişinlərin onlayn rejimdə daha uzunmüddətli dönəm üçün və hər iki istiqamətdə (gediş və dönüş) bilet əldə etməsi prosesinin reallaşdırılması "Avtomobil nəqliyyatı-yeni tənzimləmə konsepsiyası" layihəsinin əsas tərkib hissəsidir. Bu məqsədlə Dövlət Avtomobil Nəqliyyatı Xidməti "Vahid elektron bilet" proqram təminatı üzərində təkmilləşdirmə işlərinə başlayıb. Bu layihənin nəticəsi olaraq şəhərlərarası sərnişindaşımada onlayn dispetçer xidməti vasitəsilə hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq.

Sizin Reklam Yeriniz