Əlaqə Arxiv
news Image
2018.06.25
09:55
| A A A
Yeniyetmə və gənc qızlar arasında narkotik aludəçilərinin sayı artır
Leyla Yolçiyeva: “İki ildə narkotik maddə istifadəçisi olan qızlarında sayında 5 % artım müşahidə olmuşdur”

"Son 2 ildə narkotik maddə istifadəçisi olan qızlarında sayında 5 % artım müşahidə olmuşdur". Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçiyeva Movqe.az-a açıqlamasında bildirib ki, gənclər və yeniyetmələr arasında narkotik maddə istifadəçilərinin olmasının əsas səbəblərindən birini ölkədə bu sahədə maarifləndirmə-təbliğat, təşviqat işlərinin istənilən səviyyədə olmamasında görür. Həmsöhbətimiz deyir ki,  bu gün gənclərin maarifləndirilməsi istiqamətində dövlət institutları, “Gənclər və İdman Nazirliyi”, “Səhiyyə Nazirliyi”, “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi”,  digər aidiyyatı orqanlar, eləcə də QTH-lər əzmlə çalışmaqlarına baxmayaraq bu srtukturlar arasında düzgün Konsepsiyanın olmaması problemin həllini tapmasına maneçilik törədir. 

L. Yolçiyeva narkotik maddə istifadəçiləri olan yeniyetmə və gənclər arasında zərif cinsin nümayəndələrinin də varlığını təsdiqləyir: “Yeniyetmələr və gənclər arasında  narkotik maddə istifadəçisi qızların olması xüsusi narahatçılığa səbəb olur. Statistik məlumatlara əsasən son 2 ildə narkotik maddə istifadəçisi olan qızlarında sayında 5 % artım müşahidə olmuşdur. Qızların narkotik maddələr meyllənməsi və istifadə etməsinin əsas səbəblərindən biri bu sahədə məlumatlarının az olması, yeniyetmə dönəmində olmaları və ya psixoloji problemlərdir”.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz