Əlaqə Arxiv
news Image
2018.06.29
11:48
| A A A
Bakı-Sumqayıt yolunda təmirlə bağlı növbəti xəbər - Məhdudlaşdırma davam edir

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun "VAZ" dairəsindən Sumqayıt istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

Movqe.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)  verilən məlumata görə, bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Bundan başqa Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-liyində (hər iki tərəf) yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri də aparılır.

Bu üzdən yolda hərəkət iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılacaq.

 

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Qeyd edək ki, artıq bir neçə gündür ki, Bakı-Sumqayıt yolunda aparılan təmir işləri ilə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin sıxlığı ucbatından sürücülər və sərnişinlər saatlarla tıxacda qalmaları böyük narahatlıq və narazılığa səbəb olub. AAYDA-dan verilə nməlumata görə, təmir işləri hələ təxminən 1 ay da davam edəcək.

milli.az

Sizin Reklam Yeriniz