Əlaqə Arxiv
news Image
2018.06.29
14:57
| A A A
Masallıda “Narkomaniya: çətin və erkən ölüm” mövzusunda maarifləndirici tədbir


Masallı şəhər Gənclər Mərkəzində “Narkomaniya: çətin və erkən ölüm” layihəsi çərçivəsində tədbir keçirilib.
Layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Dövlətçilik Ənənələrinin Təbliği” İctimai Birliyi tərəfindən gerçəkləşir.
“Dövlətçilik Ənənələrinin Təbliği” İctimai Birliyinin sədri Namiq Rəhimli, layihənin rəhbəri Telman Məmmədov, Masallı RİHB-nın hüquq şöbəsinin baş məsləhətçisi Bəxtim Qarayev, Masallı RPŞ-nin YYÇPİT qrupunun inspektoru, polis baş leytenantı Cəlal Əbülfəzli, rayon təhsil şöbəsinin əməkdaşı Əyyar Burhanov, UGİŞM-nin direktoru Əlifağa Yaqubov, ekspert Faiq Balabəyli və başqalarının çıxışları dinlənilib.
  Bildirilib ki, bu gün bəşəriyyətin qlobal problemlərindən biri də narkomaniyadır. Dünyada bu gün narkomaniyadan əziyyət çəkən insan kütləsinin sayı milyonlarla ölçülür. Ölkəmiz də bu cür qlobal problemlərdən yan ötmür. Cəmiyyətimiz, dövlətimiz bununla həmişə mübarizə aparıb. Amma bu bəla ilə tək dövlətimiz yox, hamılıqla mübarizə aparmalıyıq. Ümümiyyətlə, narkomaniya cəmiyyətdə çox pis təsir göstərir. Bu xəstəliyə tutulmuş şəxslər tədricən özlərini cəmiyyətdən təcrid edirlər. Bu da onların ətrafındakı insanlara münasibətini dəyişir. Eləcə də ətrafdakı insanların onlara olan münasibəti dəyişir. Belə insanlara cəmiyyətin hər təbəqəsində rast gəlmək olar.Onların işlədiyi sahələrdə həm fəsadlar yaradır, həm də problemlərlə qarşılaşırlar.
Unutmaq olmaz ki, narkotik asılılığı aradan qaldırmaq çətin olsa da, bu, mümkündür. Narkotiklərdən istifadə edənlərin erkən müraciəti çox hallarda uğurlu müalicə ilə nəticələnir. Narkotik istifadəçiləri çox vaxt qısa zamanda ailəsini, dostlarını, işini, əmlakını, sağlamlığını və həyatını itirmiş olurlar. Bu uçuruma sürüklənməyi saxlamaq hər bir gəncin öz əlindədir və bu işdə də onlar tək deyillər.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, gənclərin problemlərinin həlli yolları gündəmə gətirilib.
Əlihüseyn Şükürov,
Akif Ağayev.

Sizin Reklam Yeriniz