Əlaqə Arxiv
news Image
2018.06.29
17:54
| A A A
"Akademiyanın nüfuzunu bir az da artıra bilərik"

Movqe.az  Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün yeni tərkibdə keçirilən iclasında çıxış edərkən deyib.

Akademiyanın nüfuzunun yüksəldilməsi üçün alimlər tərəfindən də müəyyən işlərin görülməsini vacib sayan A.Əlizadənin sözlərinə görə, ölkənin gənc nazirləri də akademiya ilə əməkdaşlıq edirlər.

 

Bunu çox yaxşı hal kimi dəyərləndirən A.Əlizadə bildirib ki, bu il 1600 bakalavr akademiyada təcrübə keçib:

"Onlar ona görə akademiyanı seçirlər ki, burada təhsilin yüksək səviyyədə olduğunu, alimlərin çalışdığını görürlər. Bu da akademiyanın nüfuzunu göstərir".

Sizin Reklam Yeriniz