Sabirabadda transformator alışdı, ətrafına dağılmış yağ yandı
Sabirabadda gündüz saatlarında yanğın faktı qeydə alınıb.
Movqe.az-a FHN-dən verilən məlumata görə, rayonda transformatorun yanar hissələri və ətrafına dağılmış yağ 15 m² sahədə yanıb. Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.